img

Bütün dünya bir pəncərədə


Gündəlik Azərbaycanda və dünyada baş verən hadisələr, haqqında xəbər verir. Xəbərlər Azərbaycan Rus və İngilis dillərində təqdim edilir.




QalaNews.com xəbər portalı 2012 ci ildə HajMa Group of Companies media şirkətinin qolu olaraq yaradılmışdır. Xəbər portalının əsas istiqaməti dünyada və xüsusi ilə ölkəmizdə baş verən ən son hadisələri içtimaiyyətə doğru şəkildə çatdırmaqdır.

Qala News xəbər portalının YouTube kanalında ən maraqlı xəbərləri və dünyada baş verən dəyişiklikləri əks etdirən video materiaları izləyə biərsiniz. Xəbər portalımız izləyicilərimizə Azərbaycan, Rus və İnglis dillərində həftənin 7 günü ən dolğun və maraqlı xəbərləri təqdim edir.

QalaNews.com xəbər portalı sizə xəbərin ən asan formasını təqdim edir.

Portal 2012 ci ildən fəaliyyət göstərir.

Azərbaycanın ilk səsli xəbər portalıdır.Respublikamızda media sahəsində ilk dəfə xəbərin səsli versiyasını xəbər saytında yayımlayan ilk portaldır.



Qalanews adının açması isə xəbər qalası deməkdir.Ölkəmizdə, Dünyada, İqtisadi, Siyasi, Maraqlı, Mədəniyyət və s. xəbərləri operativ olaraq yalnız Qalanews xəbər portalında izləyə və dinləyə bilərsiniz.

Bizi izləyin ki, dünyadan xəbəriniz olsun.Hər gün dünyada statistik olaqraq 4 min mühüm hadisə baş verir.Bu həm dünya , həm də ölkə əhəmiyyətli xəbərlərdir.

Qalanews xəbər portalının əsas məqsədi izləyicilərə neytral, dolğun və doğru xəbəri çatdırmaqdır.

Portalın Youtube səhifəsi də mövcüddür.Mühüm xəbərlərin videosüjetlərini və xüsusi mövzularda olan araşdırmaları Qalanews-un Youtube səhifəsində və ya saytın özündə izləyə bilərsiz.



Maraqlı, Əyləncəli, Eksklüziv xəbərlərlə yanaşı sosial problemlərdən bəhs edən materialları burada izləmək şansınız var.

Gündəlik bütün xəbərləri operativ şəkildə izləyicilərinə çatdıran Qalanews.com bütün xəbərləri sizə səsli formada çatdırır.Yəni siz burada xəbəri oxumaqla yanaşı dinləyə də bilərsiniz.

Google Play dən və ya Apple Store dan Qalanews mobil tətbiqini yükləyin xəbəri ilk siz eşidin.Ölkəmizdə onlarla xəbər təyinatlı saytlar və portallar mövcuddur.Biz bütün xəbər saytlarının fəaliyyətinə və uğurlarına sevinir və ölkəmizdə azad medianın formalaşmasına dəstək veririk.




Azad media olaraq ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlərdə iştirak edərək ən dolğun xəbərləri izləyicilərimizə çatdırırıq.

Azad media olduğu üçün qurum özü özünü maliyyələşdirir.Bu da şəffaf xəbər blokunun qurulmasından xəbər verir.

Portal ölkəmizdə xəbər jurnalistikasının formalaşmasına öz tövhəsini verməkdədir, və reket jurnalistikasına qarşıdır.İstənilən sahədə və koteqoriyada olan xəbərləri ilk bizdən eşidin.

Devizimiz “Bütün Dünya Bir Pəncərədə” adı altında olmaqla daim gələcəyə və inkişafa doğru irəliləyirik.Bundan əlavə gənc nəslin jurnalistika sahəsinə olan marağını nəzərə almaqla onlara, qurumumuzda təcrübə toplamaq şansı yaradırıq.Bununla da onlar burada tam təmənnasız şəkildə təcrübə toplayıb gələcəyin bəlkə də mühüm şəxsiyyətlərindən biri kimi formalaşırlar.



Sosial yönümlü layihələrlə yanaşı portalımızın əsas diqqət mərkəzində saxladığı sahələr İqtisadi, Siyasi, Texnolojı, Sosial  və Hərbi sahələrdir.

Ölkə iqtisadiyyatının diqqət mərkəzində saxlanılması vətəndaşlara xüsusi ilə valyuta və neft, qaz bazarında mövcud son durum barədə doğru xəbəri çatdırmaqdır.

Siyasi sahədə olan fəaliyyətimiz müstəqil dövlətimizin yürütdüyü beynəlxalq siyasətlə yanaşı dünyanın siyasi arenasında yaşanan ən son dəyişiklikləri izləyicilərimizə çatdırmaqla yanaşı, onların analizinin aparılması ilə doğru sonuca varmaqdır.

Texnolojı sahə.Bildiyiniz kimi 21 ci əsr texnologiya və ya kimya əsri adlandırılır.Ölkəmizdə İT texnologiyalar gündən  günə yeni inkişaf mərhələsinə qədəm qoyur.Bununla bərabər dünyanın texnolojı arenasında hər gün yeni məhsullar və proqramlar təqdim olunur.Biz ölkəmizdə bu texnolojı üstünlüklərin əldə edilərək , qavranılmasında və inkişaf etdirilməsində maraqlıyıq.



Sosial sahə.Ölkəmizdə və dünyada olan mövcud durum haqqında mütəmadi xəbərlər paylaşan portalımız, ölkəmizdə cərəyan edən sosial dəyişiklikləri yaxından müşahidə edir.

Hərbi sahə.Bildiyiniz kimi Azərbaycan müharibə şəraitində yaşayan bir dövlətdir.Bundan əlavə portalımızın əsas məqsədlərindən biri ölkəmizdə aparılan ordu quruculuğu haqda vətəndaşlarımız və izləyicilərimiz arasında təbliğat və təşviqat kompaniyası aparmaqdır. 



Bizim WebSite tımız sizin üçün fəaliyyət göstərir.






img
img
img
img
img
img
img
img