img

Ən Populyar Islam Tətbiqi


Ən populyar İslam tətbiqi və Veb saytı

Dünyadakı 80 milyondan çox müsəlman tərəfindən ən dəqiq namaz vaxtı və azan tətbiqi olaraq tanınan İslamim, ərəb əlifbaları, fonetikası, tərcümələri və səsli qiraətləri ilə yanaşı, qiblə yeri, İslami hicri təqvimi, xəritə halal restoran və məscidlər və s.

ƏSAS XÜSUSİYYƏTLƏRİ:

Mövcud bir çox parametrlə (açılar) mövcud yerinizə əsaslanan dəqiq namaz vaxtları
• Azan: bir çox müəzzin səsi ilə seçilən azan üçün vizual və səs bildirişləri
• Yalnız Ramazan ayında deyil, oruc vaxtları (İmsak və İftar)
• Cihazın Bu gün menyusundan birbaşa namaz vaxtlarına daxil olun
• Qurani Kərim (Əl-Quran) səsli qiraətlər (mp3), fonetik və tərcümələrlə
• Zikrinizi saymaq üçün "Tasbih"
• Ətrafınızdakı halal restoranlar və məscidlər
• Məkkə istiqamətini göstərmək üçün cizgi qiblə kompas və xəritə
• Ramazan Bayramı və Qurban Bayramı kimi müqəddəs tarixləri qiymətləndirmək üçün tam müsəlman hicri təqvimini tamamlayın.
• Tətbiq və Quran tam olaraq tərcümə edilmişdir: İngilis, Türkçe, العربية, اردو, русский, Azərbaycan.





HajMa şirkətlər qrupunun öndə gedən layihələrindən biri də ölkəmizdə İslam mədəniyyətini inkişaf etdirmək, təbliğ təşviq aparmaq və insanlara İslam dininin necə dünyəvi, humanist, qəlbi zənginləşdirən, cəmiyyəti gözəlləşdirən, insanları düzgün və doğru həyat tərzinə dəvət edən bir din olduğunu aşılamaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər bir şəxs vicdan azadlığına malikdir. Dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək və ya heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır. Eyni zamanda dövlət təhsil sistemi də dünyəvi xarakter daşıyır. Azərbaycanda dövlət-din münasibətləri 2001-ci ildə yaradılmış Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tənzim edilir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.



Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edirlər. Ölkə müsəlmanlarının təxminən 60-65 faizi şiə, 35-40 faizi sünni məzhəb müsəlmanlardan ibarətdir. Xristianlığın, demək olar ki, bütün cərəyanları ölkəmizdə təmsil olunmuşdur. Belə ki, Azərbaycanda pravoslav, katolik, lüteran və protestant təriqətlərin, eləcə də tarixi Alban kilsəsinin mənsubları olan xristianlar yaşayır.

Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

Hazırda ölkədə 749 dini qurum qeydiyyatdan keçmişdir. Konfessional baxımdan onların 721-i İslam, 28-i isə qeyri- İslam (xristian – 17; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

Azərbaycanda həmçinin 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb.

Ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.

Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatmışdır. Təkcə Bakı şəhərində 136 məscid mövcuddur. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Heydər məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilmişdir. 



Ölkə ərazisində Əshabi-Kəhf ziyarətgahı, Qafqazın ən qədim məscidi – 743-cü ildə əsası qoyulmuş Şamaxı Cümə məscidi, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər.

Müstəqillik dövründə İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil etmişdir. Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlamış, dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı  və ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilmişdir.

Bu acıdan HajMa şirkətlər qrupu İslamim.com portalını yaradıb.Portalda İslam dini haqqında demək olar ki, bütün məqamlar öz əksini tapmaqdadır.Saytda Namaz vaxtını öyrənə bilərsiniz.Məkkəni canlı izləyə bilərsiniz.Saytda “Qurani Kərimin” bütün surə və ayələri yer almaqdadır.Həmin surələri mp3 formatında Azərbacan dilində dinləyə də bilərsiniz.



img
img
img
img
img
img
img
img